...

Azərbaycanın Macarıstandakı Səfirliyində macar rəssamın rəsmlərindən ibarət sərgi təşkil olunub

Cəmiyyət Materials 28 Oktyabr 2010 13:31 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı Səfirliyinin sərgi zalında oktyabrın 27-də macar rəssamı Sabo Şipoş Barnabaşın rəsmlərindən ibarət sərgi təşkil olunub.
Azərbaycanın Macarıstandakı Səfirliyində macar rəssamın rəsmlərindən ibarət sərgi təşkil olunub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycanın Macarıstandakı Səfirliyinin sərgi zalında oktyabrın 27-də macar rəssamı Sabo Şipoş Barnabaşın rəsmlərindən ibarət sərgi təşkil olunub.

Azərbaycanın Macarıstandakı Səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sərgi Səfirlik və Anna Szaloky Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunub.

Səfir Vilayət Quliyev sərgilərin təşkil olunmasını iki xalqın mədəniyyətlərinin qarşılıqlı təbliği istiqamətində mühüm vasitə kimi qiymətləndirib.

Səfir belə sərgilərin keçirilməsinin gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Rəssam Şipoş sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Səfirliyə təşəkkür edib və yaradıcılıq fəaliyyəti ilə bağlı qonaqlara qısa məlumat verib.

Tədbir Səfirliyin konsert zalında macar pianoçusu, beynəlxalq müsabiqələr laureatı Renata Konyiçkanın ifasında konsert proqramı ilə davam etdirilib.

Konsert proqramında Konyiçka tərəfindən Mosart, List, Şopenin əsərləri ifa olunub.

Tədbirdə Macarıstan ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri, habelə Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti