...

Azərbaycanda ekologiya ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 2 Noyabr 2010 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsini həvəsləndirmək məqsədi ilə noyabrın 11-12-də beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Gənclər ekoloji inkişaf uğrunda" şüarı altında keçiriləcək konfransın məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin yaradılmasında da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişafı təmin etməkdir.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyasının və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə həyata keçiriləcək konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və bakalavrlar, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransın işində UNİCEF-in İqlim üzrə Gənc Səfirləri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti