...

Azərbaycanlı gimnast beynəlxalq yarışda qızıl medal qazanıb

Cəmiyyət Materials 6 Dekabr 2010 13:03 (UTC +04:00)
Azərbaycanlı gimnast Anna Qurbanova Omskda keçirilən Qorenkovonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycanlı gimnast beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycanlı gimnast Anna Qurbanova Omskda keçirilən Qorenkovonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanıb.

O, iplə nümayiş etdirdiyi final oyunda 2010-cu ilin dünya çempionu D.Dmitriyeva (Rusiya) və estoniyalı A.Makuşinanı geridə qoyaraq birinci yeri tutub. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"İplə nümayiş etdirdiyim oyun uğurla nəticələnib. Digər oyunlarda bürünc medalı qazanmağa yaxın olaraq dördüncü yeri tutmuşam. Mənim üçün bu yarışlar bu il üçün sonuncu olub və yaxşı ki, böyük ruh yüksəkliyi ilə keçib. Kiçik fasilədən sonra məşqçim ilə növbəti mövsümə hazırlaşmağa başlayacağıq", - Qurbanova deyib.

2011 mövsümündə bütün ümidlər 2010-cu ildə Turində İtaliya klub çempionatının finalında uğurla çıxış edən Aliyə Qarayevaya da bağlıdır.

"Ritmika Pyemont" komandasını təmsil edən Qarayeva A2 seriyasında yarışıb. Finalın yekunlarıa əsasən, onun komandası ikinci yeri tutub və növbəti il üçün güclülər seriyasında çıxış etmək hüququ qazanıb.

Xəbər lenti

Xəbər lenti