Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/
"Birlik kuboku" turnirinin püşkü atılıb. Ölkəmizi turnirdə təmsil edəcək Bakının "İnter" klubu A qrupunda Moldovanın "İskra-Stal", Tacikistanın "İstiqlal" və Qırğızıstanın "Neftçi" klubu ilə bir qrupda yer alıb.
"Birlik kuboku"na yanvarın ikinci ongünlüyndə start veriləcək.