...

Azərbaycan diaspor təşkilatları Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisinin Dağlıq Qarabağa səfərinə etiraz edib

Cəmiyyət Materials 23 Dekabr 2010 15:03 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti cümə axşamı məlumat yayıb.
Azərbaycan diaspor təşkilatları Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisinin Dağlıq Qarabağa səfərinə etiraz edib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfərinə kəskin etirazlarını bildirirlər.

Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti cümə axşamı məlumat yayıb.

Məlumatda bildirilir ki, Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Ümumrusiya Azərbaycan Konqresi, Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şurası, Moldova Azərbaycanlıları Konqresi, Litva Azərbaycanlıları Cəmiyyəti, Polşa-Azərbaycan Birlik Assosiasiyası, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Azərbaycan Federasiyası İsveç (AFİ), Türkiyə-Azərbaycan Dərnəyi, Latviyadakı "Ocaq" Mədəniyyət Mərkəzi, Rusiyanın Çelyabinsk vilayətindəki "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzi, Birləşmiş Ərəb Əmirliyindəki "Azərbaycan" Cəmiyyəti, ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı, Dünya Azərbaycanlıları Konqresi və digər diaspor təşkilatları müxtəlif ünvanlara bəyanatlar göndəriblər.

Bəyanatlar Avropa Parlamentinin sədri Eji Buzekə, onun dəftərxana müdirinə, köməkçisinə, Polşa Seyminin Marşalı Gjegoj Sxetınaya, Tomaş Porebanın özünə, Polşa Xarici İşlər Nazirliyinə və Polşanın Azərbaycandakı səfirliyinə göndərilib.

Bəyanatlarda bildirilir ki, Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın işğal altında olan Dağlıq Darabağ ərazisinə qeyri-qanuni səfəri Azərbaycan diasporunun ciddi narazığılına və etirazına səbəb olub.

Diaspor təşkilatlarının rəhbərləri onun respublikamızın işğal edilmiş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik göstərməsini qəti şəkildə pisləyir.

Bəyanatlarında qeyd edilir ki, bu, həm beynəlxalq hüququn normalarının, həm diplomatik etiketin pozulması deməkdir və vəzifəsindən asılı olmayaraq, heç bir dövlətin vətəndaşı ölkəmizin ərazi bütövlüyünə sayğısızlıq göstərməməli, ermənilərin işğal etdiyi Qarabağ ərazisinə Azərbaycandan başqa heç bir dövlətin ərazisindən getməməlidir.

"Çünki bu cür səfərlər Ermənistanın işğalçılıq siyasətinə dəstək vermək deməkdir" deyən soydaşlarımız hesab edirlər ki, dövlətimizin suvereliyinə etinasızlıq nümayiş etdirən bu cür siyasətçilərin, ictimai-siyasi xadimlərin, o cümlədən ayrı-ayrı vaxtlarda Dağlıq Qarabağa müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcbəbi incəsənət ustalarının Azərbaycan Respublikasına girişi qadağan edilməlidir. Diaspor təşkilatları müraciət etdikləri ünvanlardan bir daha belə hala yol verilməməsini tələb edirlər.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/society/1802011.html

http://az.trend.az/news/politics/1801293.html

http://az.trend.az/news/society/1800623.html

http://az.trend.az/news/society/1801010.html

http://az.trend.az/news/society/1798627.html

http://az.trend.az/news/society/1797757.html

http://az.trend.az/news/society/1797371.html

http://az.trend.az/news/society/1797112.html

http://az.trend.az/news/society/1796466.html

http://az.trend.az/news/society/1792819.html

http://az.trend.az/news/society/1792399.html

http://az.trend.az/news/society/1791727.html

http://az.trend.az/news/politics/1790948.html

http://az.trend.az/news/politics/1790940.html

http://az.trend.az/news/society/1789601.html

http://az.trend.az/news/politics/1789658.html

http://az.trend.az/news/society/1789485.html

http://az.trend.az/news/society/1789065.html

http://az.trend.az/news/society/1788841.html

http://az.trend.az/news/society/1788636.html

http://az.trend.az/news/society/1787633.html

http://az.trend.az/news/society/1787048.html

http://az.trend.az/news/politics/1786989.html

http://az.trend.az/news/society/1786099.html

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti