...

Azərbaycanda 2011-ci ildən tibbi geologiya istiqaməti üzrə yeni tədqiqatlara başlanılacaq

Cəmiyyət Materials 28 Dekabr 2010 15:24 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu 2011-ci ildən tibbi geologiya istiqaməti üzrə yeni tədqiqatlara başlayacaq.
Azərbaycanda 2011-ci ildən tibbi geologiya istiqaməti üzrə yeni tədqiqatlara başlanılacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu 2011-ci ildən tibbi geologiya istiqaməti üzrə yeni tədqiqatlara başlayacaq. Trend-in məlumatına görə, bu barədə İnstitutun çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcək.

Hazırda İsveçrənin Tətbiqi Elmlər Universiteti, AMEA-nın Geologiya İnstitutu və Səhiyyə Nazirliyinin mütəxəssisləri tibbi geologiyanın istiqamətlərindən biri kimi, ölkədə radon qazının paylanmasını öyrənir. Tədqiqatlar "Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" layihəsi çərçivəsində aparılır.

2010-cu ildə Geologiya İnstitutunda dörd elmi nəticə əldə edilib, 10 dissertant təhsil alıb. İl ərzində İnstitutda aparılmış tədqiqatlar əsasən çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması istiqamətində olub.

Xəbər lenti

Xəbər lenti