...

Doktoranturalara qəbul imtahanlarının başlaması üçün ali təhsil müəssisələri qəbul planlarını təsdiqləməlidirlər - AMEA-nın I vitse-prezidenti

Cəmiyyət Materials 7 Yanvar 2011 13:54 (UTC +04:00)
Doktoranturalara qəbul imtahanlarının başlaması üçün ali təhsil müəssisələri qəbul planlarını təsdiqləməlidirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti, akademiyanın Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində bildirib.
Doktoranturalara qəbul imtahanlarının başlaması üçün ali təhsil müəssisələri qəbul planlarını təsdiqləməlidirlər - AMEA-nın I vitse-prezidenti

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Hacıyev/

Doktoranturalara qəbul imtahanlarının başlaması üçün ali təhsil müəssisələri qəbul planlarını təsdiqləməlidirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti, akademiyanın Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində bildirib.

"Artıq ali təhsil müəssisələri, elmi təşkilatlar Nazirlər Kabinetinə müvafiq qəbul planlarını təqdim edirlər. Təqdimetmə prosesi başa çatdıqdan sonra Nazirlər Kabineti AMEA-nın və Təhsil Nazirliyinin rəyi əsasında doktoranturalara qəbul elanlarının verilməsi haqqında qərar qəbul edəcək. Bu qərarın qəbulundan 1 ay sonra isə doktoranturalara qəbul aparılacaq",  - Həşımov əlavə edib.

2009-cu ildə Azərbaycanda "Təhsil haqqında" qanunun qəbul olunmasından sonra 2 ildir ki, Azərbaycanda doktoranturaya qəbul həyata keçirilmir.

Həşımov doktoranturaya qəbulun necə keçiriləcəyi haqqında da danışıb. O, bildirib ki, təsdiq olunmuş qaydalara müvafiq olaraq, imtahanlar doktoranturaya qəbul aparılan təşkilatlarda həyata keçiriləcək.

"Doktoranturaya daxil olmaq istəyən iddiaçıların həm sənədlərinin qəbulu, həm iddiaçılarla söhbətlərin aparılması, həm də mövzuların verilməsi, elmi rəhbərlərin təyinatı və s. elmi təşkilatların, ali təhsil müəssisələrinin özlərində baş tutacaq" - o, deyib.

Həşimovun sözlərinə görə, doktoranturaya qəbulla bağlı mərkəzləşdirilmiş imtahanlar da olacaq.

"Qəbulla bağlı bəzi imtahanlar isə mərkəzləşdirilmiş qaydada akademiyada götürüləcək. Məsələn, xarici dildən imtahan akademiyanın xarici dillər kafedrası, fəlsəfədən imtahan Fəlsəfə İnstitutu tərəfindən götürüləcək, ixtisas imtahanları isə ixtisas sahələri yaradılmış ali təhsil müəssisələrində aparılacaq", - Həşimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti