...

Azərbaycanda taksometr olmayan avtomobillərdən taksi kimi istifadə etmək qadağan olunacaq

Cəmiyyət Materials 18 Fevral 2011 16:28 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə və dəyişikliklərlə bağlı hazırlanan və Milli Məclisə tövsiyə olunan qanun layihəsində qeyd olunub.
Azərbaycanda taksometr olmayan avtomobillərdən taksi kimi istifadə etmək qadağan olunacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda taksometr olmayan avtomobillərdən taksi kimi istifadə etmək qadağan olunacaq.

Trend-in məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə və dəyişikliklərlə bağlı hazırlanan və Milli Məclisə tövsiyə olunan qanun layihəsində qeyd olunub.

Məcəlləyə təklif olunan 150-2.1.2-ci maddənin tələbinə görə, bu hal avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması kimi qiymətləndiriləcək.

Əlavədə qeyd olunur ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşınmalarının həyata keçirilməsi inzibati pozuntudur.

Bu pozuntuya yol verən sürücülər 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcəklər.

Digər bir əlavə isə avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmaması ilə əlaqədardır.

150-2.1.1-ci maddənin tələbinə görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmadıqda cavabdeh şəxslər 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcəklər.

İnzibati Xətalar Məcəlləsinin sərnişindaşıma qaydalarının pozulması ilə bağlı maddələrinin icrasına Nəqliyyat Nazirliyi nəzarət edir.

Qeyd olunan qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti