...

Ermənistanda payız hərbi çağırışından sağlamlığı ilə əlaqədar azad olunanlar təkrar tibbi müayinədən keçəcək

Cəmiyyət Materials 9 Mart 2011 11:19 (UTC +04:00)
Ermənistanda payız hərbi çağırışından sağlamlığı ilə əlaqədar azad olunanların hamısı təkrar tibbi müayinədən keçəcək
Ermənistanda payız hərbi çağırışından sağlamlığı ilə əlaqədar azad olunanlar təkrar tibbi müayinədən keçəcək

Azərbaycan, Bakı, 9 mart /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əmri ilə payız hərbi çağırışından sağlamlığı ilə əlaqədar azad olunanların hamısı təkrar tibbi müayinədən keçməlidirlər. Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən Ermənistanın "Jamanak" qəzeti yazır.

"Ohanyan bu qərarı çağırışçıların valideynlərinin tibbi komissiyanın pozuntularla işləməsi barədə bildirdiklərindən sonra qəbul edib. Bizdə olan məlumatlara görə, təkrar yoxlamalar nəticəsində Yerevan rayonlarında artıq çoxsaylı pozuntular aşkar edilib", - qəzet yazır.

Xəbər lenti

Xəbər lenti