...

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət Materials 1 Aprel 2011 11:37 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir.
Sabah Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Aprelin 2-də Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti