...

DAK ilə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığı müzakirə edilib

Cəmiyyət Materials 28 Aprel 2011 17:00 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Moskva şəhərində Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlığını, xüsusilə də ümummilli məsələlərdə birgə hərəkət etməsini müzakirə edib.
DAK ilə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığı müzakirə edilib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Moskva şəhərində Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlığını, xüsusilə də ümummilli məsələlərdə birgə hərəkət etməsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı konqresin mətbuat xidmətindən bildirilib.

Rusiyaya səfəri zamanı Sabir Rüstəmxanlı Moskvada DAK İdarə Heyətinin üzvləri Abuzər Bağırov, Tahir Hacıyev, Oqtay Hüseynov və Mirəşrəf Fətiyev, eyni zamanda, təşkilatın bu şəhərdəki fəalları ilə görüşüb. Görüşdə DAK-ın Rusiya Federasiyasında təşkilatlanması, sonuncu qurultaydan keçən müddət ərzində görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Sabir Rüstəmxanlının səfər çərçivəsində həmçinin Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ziyalılar və Rusiya Federasiyasındakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Sankt-Peterburqdakı təmsilçiləri ilə görüşəcəyi gözlənilir. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, Rusiyada Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti