...

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək

Cəmiyyət Materials 13 May 2011 13:03 (UTC +04:00)
Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək.
Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, iclas iştirakçıları həmin gün Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edəcəklər.

İclasda QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri iştirak edəcək.

Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb.

Şuraya QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə sədrlik edir.

Xəbər lenti

Xəbər lenti