...

Azərbaycanda fövqəladə hallarla bağlı ünvanlı maarifləndirmə işləri aparıla bilər

Cəmiyyət Materials 1 İyun 2011 16:00 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi fövqəladə hallar zamanı ünvanlı maarifləndirmə işləri aparmaq fikrindədir.
Azərbaycanda fövqəladə hallarla bağlı ünvanlı maarifləndirmə işləri aparıla bilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi fövqəladə hallarla bağlı ünvanlı maarifləndirmə işləri aparmaq fikrindədir.

"Fövqəladə Hallar Nazirliyinin Əhalini maarifləndirmə idarəsinin belə bir fikri var ki, əhali arasında maarifləndirmə işləri ünvanlı aparılsın. Uşaq bağçasında oyuncaq formasında, məktəblilər üçün hər yaş qrupunda öz qavradıqları şəkildə izah olunsun", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

FHN və Təhsil Nazirliyi birgə fəaliyyət planı təsdiqləyib. Bu plana əsasən, orta məktəblərdə fövqəladə hallar zaman insanların təxliyə olunması, yardım edilməsi yönündə dərslər keçirilir.

Xəbər lenti

Xəbər lenti