...

İsveç Krallığının Sosial Sığorta Agentliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 6 İyun 2011 10:43 (UTC +04:00)
İyunun 8-12-də İsveç Krallığının Sosial Sığorta Agentliyinin baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
İsveç Krallığının Sosial Sığorta Agentliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend/

İyunun 8-12-də İsveç Krallığının Sosial Sığorta Agentliyinin baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Sosial Müdafiə Fondunun İcrtimaiyyətlə əlaqə sektoru məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun baş məsləhətçisi xanım Bodhi Peris və digər şəxslər daxildirlər. Səfər zamanı DSMF və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlıq məsələləri müəyyənləşdiriləcək.

DSMF-də görüş zamanı İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. İsveçli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti