...

Ali məktəblərin magistratura pilləsinə boş qalan yerlərə keçirilən əlavə yerləşdirilmənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 9 Avqust 2011 14:44 (UTC +04:00)
Azərbaycan ali məktəblərinin magistraturasına boş qalan plan yerlərinə keçirilən əlavə yerləşdirilmənin nəticələri açıqlanıb
Ali məktəblərin magistratura pilləsinə boş qalan yerlərə keçirilən əlavə yerləşdirilmənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ali məktəblərinin magistratura pilləsinə boş qalan plan yerlərinə keçirilən əlavə yerləşdirilmənin nəticələri açıqlanıb. Bu barədə çşərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Nağızadənin sözlərinə görə, nəticələr artıq TQDK-nın saytında yerləşdirilib.

Qəbul olan bakalavrların siyahısı "Magistr" jurnalının 7-ci sayında dərc olunacaq.

Nağızadə bildirib ki, müsabiqə nəticəsində 327 magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıblar. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2011-cu il avqustun 11-dən 19-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti

Xəbər lenti