...

Bu il Bakıda qeydə alınan yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb

Cəmiyyət Materials 19 Avqust 2011 12:02 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ilkin məlumata görə, bu müddət ərzində Bakıda 834 yol-nəqliyyat hadisəsi zamanı 183 nəfər həlak olub, 978 nəfər xəsarət alıb
Bu il Bakıda qeydə alınan yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu il avqustun 10-a qədər baş vermiş yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ilkin məlumata görə, bu müddət ərzində Bakıda 834 yol-nəqliyyat hadisəsi zamanı 183 nəfər həlak olub, 978 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə, 17 xəsarət artıb, 2 ölüm faktı azalıb.

Hadisələrin 52 faizi piyadavurmalar olub. Əsədov bildirib ki, qəzaların 49,1 faizi avtomobilin yüksək sürətlə idarə olunması, 27 faizi isə yol ayrıcı, ötmə, manevr qaydalarının pozulması səbəbindən baş verib.

Hadisələr sutkanın qaranlıq vaxtlarında, saat 18:00-dan sonra, əsasən şənbə və bazar günləri qeydə alınıb.

İdarə rəsmisi bildirib ki, hesabat dövründə yol hərəkəti qaydalarını pozduğu üçün 215 min 831 sürücü barəsində inzibati protokol tərtib edilib.

Onlardan 2777-si avtomobili sərxoş, 2533-ü yüksək sürətlə, 324-ü dövlət nömrə nişanı olmadan, 7114-ü pərdə və plyonkalı vəziyyətdə idarə edən, 8099-u işıqforun qırmızı işığını keçən, 29509-u ötmə, manevr və yol ayrıcı qaydalarını pozan, 234-ü isə avtoxuliqan olub.

Hesabat dövründə qadağan olunan ərazilərdən keçən 1297 piyada inzibati qaydada cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti