Azərbaycan, Bakı, 26 avqust /Trend/
Sabah Azərbaycan ərazisində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqustun 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 27-də arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında lokal leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.