...

Azərbaycanda yenidən nəşr edilən dərsliklərin adları açıqlanıb

Cəmiyyət Materials 1 Sentyabr 2011 16:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili üçün yenidən nəşr etdiyi dərsliklərin adlarını açıqlayıb.
Azərbaycanda yenidən nəşr edilən dərsliklərin adları açıqlanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili üçün yenidən nəşr etdiyi dərsliklərin adlarını açıqlayıb.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus dili", VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası", "Zoologiya", "Rus dili", "Fransız dili", IX siniflər üçün "Yeni tarix", "Rəsmxətt", "İnsan (Biologiya)", "Rus dili", "Fransız dili", X siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı" və "Rus dili" dərslikləri yenidən nəşr olunub.

Ümumilikdə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3 463 170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunaraq müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub.

Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün yeniləşdirilmiş proqramlar əsasında işlənmiş 38, II və VII-XI siniflər üçün mövcud proqramlar əsasında hazırlanmış 24 adda dərslik daxildir.

Bütün dərsliklərin hazırlanması tender yolu ilə həyata keçirilib. Dərsliklərin yerlərə çatdırılması işinə artıq başlanılıb.

Xəbər lenti

Xəbər lenti