...

ÜST Azərbaycana səhiyyə statistikası sahəsində kömək göstərməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Sentyabr 2011 12:14 (UTC +04:00)
ÜST Azərbaycana səhiyyə statistikası sahəsində kömək göstərməyə hazırdır (ƏLAVƏ OLUNUB)
ÜST Azərbaycana səhiyyə statistikası sahəsində kömək göstərməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 12:03-də yayılıb)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana səhiyyə statistikası sahəsində kömək göstərməyə hazırdır və ölkəni buna tam əmin edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ÜST-nin Avropa Regional Komitəsinin İnformasiya departamentinin direktoru Kladiya Ştayn deyib.

Onun sözlərinə görə, təmsil etdiyi departament Azərbaycana səhiyyə statistikasının təkmilləşdirilməsində öz yardımını göstərməyə hazırdır. ÜST rəsmisi bildirib ki, Azərbaycanın səhiyyə sistemində irəliləyişlər əldə olunub. Bu ölkədə bir çox faydalı təşəbbüslər irəli sürülüb.

Ştayn əlavə edib ki, hazırda Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında bir çox məsələlər, o cümlədən qeyri-infeksion xəstəliklər, İİV, alkoqollu içkilərdən istifadə, ictimai səhiyyə ilə bağlı məsələlər müzakirə olunur. Hazırda komitəyə üzv ölkələr bu məsələlərlə bağlı öz fikirlərini açıqlayırlar. Müzakirə olunan məsələlərlə bağlı son qərar isə sabah axşam məlum olacaq.

Xəbər lenti

Xəbər lenti