...

Naxçıvan Muxtar Respublikasında həkimlərin sertifikasiyasına başlanılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Sentyabr 2011 14:51 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında həkimlərin sertifikasiyasına başlanılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Naxçıvan Muxtar Respublikasında həkimlərin sertifikasiyasına başlanılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 14:39-da yayılıb)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Naxçıvan Muxtar Respublikasında həkimlərin sertifikasiyasına başlanılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, ölkənin bir neçə regionunda həkimlərin sertifikasıyasına başlamaq nəzərdə tutulur.

Ağayev ölkə üzrə sertifikasiya prosesinə Bakıda işləyən həkimlərdən başlanıldığını da qeyd edib.

Nazir müavini qeyd edib ki, səhiyyə müəssisələrində çalışan yaşı 70-dən yuxarı olan işçilərin əmək fəaliyyətinin uzadılması üçün hazırlanan meyarlar yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

O, "2011-2013-cü illər Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramı"nın icrası ilə bağlı da məlumat verib.

Ağayev əlavə edib ki, bu proqram çərçivəsində səhiyyə sahəsində çoxsaylı işlər görüləcək. Dövlət proqramına uyğun olaraq, Bakı və onun ətraf qəsəbələrində 51 tibb müəssisəsinin əsaslı şəkildə yenidənqurulması və tikintisi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti