...

Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb

Cəmiyyət Materials 10 Oktyabr 2011 12:39 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada Avropa Şurasının Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalara qatılıb.
Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada Avropa Şurasının Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalara qatılıb.

Trend-in bazar ertəsi MŞ-nin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, müzakirələrin yekunu olaraq bu məkana daxil olan ölkələrdə özünütənzimləmə ilə əlaqədar şəbəkənin yaradılmasına dair anlaşma memorandumu imzalanıb, qurumun ali orqanı olan Baş Assambleyanın tərkibi, eləcə də onun icra aparatı formalaşdırılıb.

Şəbəkənin məqsədləri arasında bura daxil olan ölkələrdə etik jurnalistikanın, keyfiyyətli və peşəkar kütləvi informasiya vasitələrinin dəstəklənməsi və mövcud istiqamətdə təcrübə mübadiləsinin aparılması başlıca yer tutur.

Şəbəkədə ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Tacikistanın özünütənzimləmə ilə bağlı media qurumları daxildir. Onların rəhbərləri qurumun Baş Assambleyasının və Katibliyinin tərkibində təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti