...

Müasir qida konservantları və şirinləşdiricilər sağlamlığı korlayır

Cəmiyyət Materials 10 Oktyabr 2011 19:53 (UTC +04:00)
Ulu babalarımız qida məhsullarının saxlanması üçün şəkər və duz tətbiq etməklə təbii metodlardan istifadə edirdilər.
Müasir qida konservantları və şirinləşdiricilər sağlamlığı korlayır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Ulu babalarımız qida məhsullarının saxlanması üçün şəkər və duz tətbiq etməklə təbii metodlardan istifadə edirdilər. Dietoloqların fikrincə, bakteriyaların məhsulların iylənməsinə səbəb olduğu sübut olunan andan bütün mikroorqanizmləri ziyanlı hesab etməyə başladılar. Bu barədə Trend "The Times of India" qəzetinə istinadən xəbər verir. Bununla əlaqədar qida sənayesi bütün mümkün üsullarla onlara qalib gəlməyə cəhd göstərir. Hazırda qida sənayesində 6 minə yaxın kimyəvi konservantdan istifadə olunur.

Ekspertlər qeyd edirlər ki, həzm pozğunluğu və digər xəstəliklərin baş qaldırmasının səbəbləri məhz bu konservantlarda gizlənir. Belə ki, benzoy turşusu və ya benzoat natrium marqarinə, meyvə şirələrinə və qazlaşdırılmış içkilərə əlavə edilir. O isə ağır allergik reaksiyalar törədir. Dioksid kükürdü quru meyvələrə, patkaya, təmizlənmiş alma və kartofun qaralmasının qarşısını almaq üçün əlavə edilir. O, məhsulu ağardır, lakin eyni zamanda B vitaminini dağıdır.

Boyaq maddələri ayrıca məsələdir. Sübut olunub ki, onların tərkibində astma, allergik xəstəliklərin və hiperaktivliyin əmələ gəlməsinə səbəb olan kanserogenlər var. Boyaq maddələrini hətta yağlara, portağalın qabığına, kartofa, popkorna, şəkərlənmiş albalıya, hot-doqa, jeleyə, marmelada, konservləşdirilmiş meyvələrə də əlavə edirlər. İri müəssisələrdə isə bütün toyuqların yumurtalarının rənginin eyni olması üçün onların yemlərinə boyaq maddəsi səpirlər.

Emal olunan ərzaqların böyük hissəsinin tərkibində şirinləşdirici maddələr var. Belə şirinləşdicilər isə davranış, allergiya, hiperaktivliklə bağlı problemlər yaradır. Axı saxarin (şəkər suraqatı) sidik kisəsi xərçənginin inkişaf riskini artırır.

Emulqatorlar, qatılaşdırıcılar və stabilizatorlar xamanın, yağın, mayonezin, dondurmanın dəyişməz tərkib hissələridir. Onların hamısı nevroloji pozuntular və dəri allergiyaları ilə əlaqəlidir.

Qlutamat natrium ən məşhur dadgücləndiricidir. Onun neyrotoksik olmasının başağrı, başgicəllənmə, sinədəki ağrılar, depressiya, əhval-ruhiyyənin tez-tez dəyişməsi ilə birbaşa əlaqəsi olduğunu çox az adam bilir. Çörəyə isə onun yaxşı qalxması üçün bromlu-turş kalium kanserogeni əlavə edilir. Hazırlanarkən o, bromidə parçalanır ki, bu da böyrək və qalxanabənzər vəziyə mənfi təsir göstərir.

Öz növbəsində, popkorn diasetilə görə (təkrarolunmaz qoxu verir) təhlükəlidir. O, obliterasiya bronxioliti kimi ağciyər xəstəliyi yaradır. Çəkinin azalması və şişlərə qarşı vasitə olan efedrin stimulyatoru isə ürək üçün təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti