Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinu oktyabr 23-24-də Bakıda işgüzar səfərdə olacaq.
Yunanıstanın Azərbaycandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, səfər zamanı o, sənaye və energetika naziri Natiq Əliyevlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Papakonstantinu oktyabrın 24-də mətbuat konfransı keçirəcək.