...

Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalına həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2011 18:01 (UTC +04:00)
Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişi ilə bağlı tədbir keçirilib.
Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalına həsr edilmiş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, festivalın devizi kimi Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri seçilib.

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur.

İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarında keçirilən və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb.

Millət vəkili Jalə Əliyeva bildirib ki, festivala iyul ayından etibarən start verilib. "Mübariz İbrahimov Vətən uğrunda canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərib. Biz də bunu əbədiləşdirmək, gənclərimizə bir örnək göstərmək məqsədilə belə bir festivalın keçirilməsinə qərar verdik. Bu teatrda peşəkarlar yox, yaradıcı gənclər iştirak edir", - o deyib.

Əliyeva onu da qeyd edib ki, festival çərçivəsində Azərbayacan tarixində ilk dəfə olaraq ART Kamp baş tutacaq: "Art Kampda Azərbaycanın müxtəlif regionlarından olan 100-dən çox gənc toplaşacaq. Kampda 12 truppa bütün heyəti ilə birlikdə 3 gün ərində peşəkar insanlardan ustad dərsləri alacaq".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında qeyd edib ki, vətənpərvərlik tərbiyəsinin aparılmasında mədəniyyət və incəsənətin rolu əvəzedilməzdir. "Vətənpərvərlik mövzusu teatrlarda təbliğ olunmalıdır. Ümid edirəm ki, bu festival gənclərin həyatında dərin iz buraxacaq və davamlı olacaq", - Babayev qeyd edib.

Nazir müavini onu da bildirib ki, Azərbaycan dövləti gənclər siyasətinə xüsusi əhəmiyyət verir.

Xəbər lenti

Xəbər lenti