...

Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdən medallarla dönüblər

Cəmiyyət Materials 22 Noyabr 2011 15:22 (UTC +04:00)
Azərbaycan idmançıları Türkiyənin Bursa şəhərində keçirilən II Beynəlxalq Mustafa Kamal Coşqungöz açıq qılıncoynatma turnirində medallar qazanıblar.
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdən medallarla dönüblər

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycan idmançıları Türkiyənin Bursa şəhərində keçirilən II Beynəlxalq Mustafa Kamal Coşqungöz açıq qılıncoynatma turnirində medallar qazanıblar. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Turnirdə 7 ölkədən - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya, İordaniya və Kiprdən 255 idmançı iştirak edib.

Şpaqa növündə oğlanların mübarizəsində idmançılarımızdan hər üçü ¼ finala çıxıb. Yarımfinala çıxmaq üçün Kənan Əliyev Fərid Məmmədovu məğlub edib. Məmmədov 8-ci olub. Final uğrunda qalibiyyət üçün Kənan Əliyev Nəcəf Məhərrəmovu da məğlub edib. Məhərrəmov 3-cü olaraq bürünc medala layiq görülüb. Finalda Kənan Türkiyə idmançısını udaraq qızıl medalın sahibi olub.

Oğlanlar arasında sablya yarışlarında 38 idmançı arasında təmsilçilərimizdən Cavanşır Səfərov 10-cu, Raci Həşimov 12-ci, Erol Həsənli 21-ci olub.

Qızlar arasında sablya yarışlarında 23 idmançı arasında Yekaterina Proxorova 6-cı, Fatimə İbrahimova 14-cü olub.

Qızlar arasında rapira növündə 38 idmançı arasında Məryəm Məlikova 11-ci, Nübar Məlikova 17-ci, Səbinə Yusifova 25-ci olub.

Komanda yarışlarında şpaqa növündə oğlanlar qızıl medala, sablyada isə bürünc medala layiq görülüblər. Rapira növündə qızlar yarımfinala çıxmaq üçün Türkiyə yığması ilə qarşılaşıblar və 45-44 hesabı ilə məğlub olaraq 5-ci yerə layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti