...

Azərbaycan Dövlət İqtisad Universiteti və Pakistan Dövlət Müasir Dillər Universiteti ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək

Cəmiyyət Materials 23 Noyabr 2011 14:40 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti və Pakistan Dövlət Müasir Dillər Universiteti ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək.
Azərbaycan Dövlət İqtisad Universiteti və Pakistan Dövlət Müasir Dillər Universiteti ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir E.Mehdiyev/

Azərbaycan Dövlət İqtisad Universiteti və Pakistan Dövlət Müasir Dillər Universiteti ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək.

Trend-in "Pakistan Observer" qəzetinə istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Dillər Universitetində Anlaşma Memorandumunun təqdim edilməsi zamanı Azərbaycanın Pakistansakı səfiri Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, iki ölkə qlobal məsələlərlə bağlı yekdil mövqe nümayiş etdirir və beynəlxalq arenada, o cümlədən Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və s. təşkilatlarda bir-birini dəstəkləyir.

Səfir təhsil sahəsində əməkdaşlıq üzrə iki universitet arasında imzalanmış anlaşma memorandumunu Müasir Dillər Universitetinin rektoru Masud Həsənə təqdim edib.

Memorandum oktyabrın 12-də Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev və Pakistan universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri professor Z.A.Qureşi tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti