...

Bakı küçələrindən birinə Qazaxıstanın görkəmli şairi və mütəfəkkiri Abayın adı verilib

Cəmiyyət Materials 1 Dekabr 2011 14:42 (UTC +04:00)
Cümə axşamı Bakının Binəqədi rayonunda Qazaxıstanın klassik ədibi Abayın barelyefinin təntənəli açılışı olub.
Bakı küçələrindən birinə Qazaxıstanın görkəmli şairi və mütəfəkkiri Abayın adı verilib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Cümə axşamı Bakının Binəqədi rayonunda Qazaxıstanın klassik ədibi Abayın barelyefinin təntənəli açılışı olub.

"Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Qazaxıstanda rəsmi səfərdə olarkən bildirmişdi ki, Bakının küçələrindən birinə böyük qazax şairi və filosofu Abayın adı veriləcək və bu gün biz iki xalqın həyatında vacib hadisənin şahidi olduq", - Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov barelyefin açılışında deyib.

Mərasimdə Milli Məclisinin deputatları, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Abay (İbrahim) Kunanbayev (1845-1904) qazax şairi, filosof, bəstəkar, maarifçi, mütəfəkkir, ictimai xadim, qazax yazılı ədəbiyyatının banisi və onun ilk klassiki, mədəni liberal islam əsasında rus və Avropa mədəniyyəti ilə yaxınlaşma ruhunda mədəniyyət islahatçısıdır.

Abay təxminən 170 şeirin, bir neçə poemanın müəllifidir. Onun ən məşhur əsəri "Kara söz" poeması olub. Bu da tərcümədə "Qara göz" mənasını verir. Poema tarix, pedaqogika, mənəviyyat və hüquq problemlərinə toxunan ibrətamiz hekayələrdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti