...

Azərbaycanda bir qrup təhsil işçisi barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır

Cəmiyyət Materials 3 Dekabr 2011 12:23 (UTC +04:00)
Azərbaycanda təhsil sistemində çalışan bir qrup vəzifəli şəxs barəsində Korrupsiyaya Qarşı mübarizə İdarəsində araşdırma aparılır.
Azərbaycanda bir qrup təhsil işçisi barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ. İsabalayeva/

Azərbaycanda təhsil sistemində çalışan bir qrup vəzifəli şəxs barəsində Korrupsiyaya Qarşı mübarizə İdarəsində araşdırma aparılır.

Trend-in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün nazirliyin kollegiya iclasındakı çıxışında deyib.

O bildirib ki, Göygöl rayon Təhsil Şöbəsinin sabiq müdiri Altay İsmayılov, təhsil şöbəsinin metodisti və Quşqara kəndinin orta məktəbinin sabiq direktorunun dələduzluğu barədə Korrupsiya İdarəsindən təqdimat daxil olub.

Nazirin sözlərinə görə, Altay İsmayılov işdən azad edilib.

"Amma bu yaxınlarda mənə məlumat verildi ki, o, orada məktəb direktoru işləyir. Bu məsələ ilə bağlı Korrupsiya İdarəsinə müraciət edəcəyik", Mərdanov deyib.

Mərdanov deyib ki, Laçın rayonun təhsil şöbəsinin məsləhətçisi Adil Cabbarov rüşvət aldığı yerdə Baş prokuror yanında Korrpusiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir müddət əvvəl yaxalanıb və hazırda bu faktla bağlı hüquq-mühafizə orqanları lazımi istintaq hərəkətləri həyata keçirirlər.

Nazir bildirib ki, belə hallar məktəbin və müəllimin cəmiyyətdəki nüfuzuna xələl gətirir.

"Təhsildə məktəbə və müəllimə yaraşmayan hallar indi də var. Hər bir insanın bu dünyada müəyyən ömür və dolanışıq payı var. Buna qane olsun", nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti