...

Bakıda 20-yə yaxın "Elektron məktəb" yaradılıb

Cəmiyyət Materials 23 Yanvar 2012 16:50 (UTC +04:00)
Bakıda 20-yə yaxın orta məktəbdə "Elektron məktəb" yaradılıb. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev deyib.
Bakıda 20-yə yaxın "Elektron məktəb" yaradılıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakıda 20-yə yaxın orta məktəbdə "Elektron məktəb" yaradılıb. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev deyib.

Onun sözlərinə görə, elektron məktəblərdə sinif jurnallarına yazılan qiymətlər həm də elektron sinif jurnallarında qeyd edilir. Təhsil Nazirliyinin serverində yerləşən həmin jurnala valideynlər də baxaraq övladının hansı fəndən necə qiymət almasını görə bilərlər.

Həmzəyev qeyd edib ki, hazırda "Elektron məktəb"lərin yaradılması üçün eksperiment qaydasında işlər aparılır.

Onun sözlərinə görə, Bakıda "Elektron məktəb"lərin sayı artırılacaq. Paytaxtdakı bir necə məktəbdə bununla bağlı yeni işlərə başlamaq nəzərdə tutulur.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Elina Rzayeva bir müddət əvvəl Trend-ə bildirmişdi ki, ölkədəki bütün orta məktəblərdə "Elektron məktəb" yaratmaq olar. Amma bütün orta məktəblərdə "Elektron məktəb" yaratmaq üçün bu müəssisələrin informasiya-kommunikasiya strukturunu gücləndirmək, onlara müvafiq avadanlıqlar paylamaq və internetlə təmin etmək lazımdır.

Hazırda Azərbaycanda təqribən 4500 orta məktəb var.

Xəbər lenti

Xəbər lenti