...

Yol Polisi Bakıda şaxtalı hava şəraitində şəxsi nəqliyyat vasitələrindən istifadə olunmasından narahatdır

Cəmiyyət Materials 2 Fevral 2012 11:38 (UTC +04:00)
Bakı Yol Polisi paytaxtda qarlı-şaxtalı hava şəraitində şəxsi nəqliyyat vasitələrindən istifadə olunmasından narahatdır.
Yol Polisi Bakıda şaxtalı hava şəraitində şəxsi nəqliyyat vasitələrindən istifadə olunmasından narahatdır

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi paytaxtda qarlı-şaxtalı hava şəraitində şəxsi nəqliyyat vasitələrindən istifadə olunmasından narahatdır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, dünən axşamdan başlayan anomal hava şəraiti paytaxtın bütün yollarında təhlükəli vəziyyət yaradıb.

Əsədov təhlükəli vəziyyətin yaranmasına baxmayaraq, əhalinin şəxsi minik avtomobillərindən çox istifadə etdiyini bildirib və qeyd edib ki, sürücülər ağır nəticələrə səbəb olan qəzalardan sığortalanmayıblar.

İdarə əhalidən belə havalarda ictimai nəqliyyatdan istifadə olunmasını xahiş edir.

Əsədov bildirib ki, gün ərzində maddi ziyanla nəticələnən 4 yol qəzası qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti