...

Tibb Universitetinin həkimi özünü rüşvətalma cinayətində təqsirli bilməyib

Cəmiyyət Materials 9 Fevral 2012 16:01 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin korrupsiyada ittiham olunan həkimi özünü rüşvətalma cinayətində təqsirli bilməyib.
Tibb Universitetinin həkimi özünü rüşvətalma cinayətində təqsirli bilməyib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Tibb Universitetinin korrupsiyada ittiham olunan həkimi özünü rüşvətalma cinayətində təqsirli bilməyib.

Trend-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə "Uşaq cərrahlığı" kafedrasının assisenti Mahmud İsmayılovun məhkəməsi başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində 7 oktyabr 2011-ci il tarixdə qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəyib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında yaxalayıb.

Hüseynovun Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Hüseynov "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində İsmayılovun ondan rüşvət istəməsi barədə məlumat verib.

İsmayılov məhkəmədə ifadə verib və özünü rüşvətalma cinayətində təqsirli bilməyib.

O bildirib ki, əməliyyat üçün alınan haqq həkimə verilmir, xəstəxananın fonduna köçürülür.

Prosesdə şahidlər ifadə veriblər.

İş üzrə məhkəmə prosesi fevralın 13-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti