...

Bakı yol polisi paytaxtda son günlər yaranan tıxacların səbəbini açıqlayıb

Cəmiyyət Materials 15 Fevral 2012 12:59 (UTC +04:00)
Bakı Yol Polisi paytaxt yollarındakı tıxacların səbəbini qardan sonra yollarda yaranan çökəkliklərlə əlaqələndirir.
Bakı yol polisi paytaxtda son günlər yaranan tıxacların səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi paytaxt yollarındakı tıxacların səbəbini qardan sonra yollarda yaranan çökəkliklərlə əlaqələndirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, havaların isinməsi ilə əlaqədar paytaxt yollarındakı buz və qarın əriməsi nəticəsində böyük çökəkliklər yaranıb.

Onun sözlərinə görə, Balaxanı-Zabrat yolu, Babək prospektindən Əhmədliyə gedən istiqamətdə, Həsən Əliyev küçəsində bu səbəbdən bir neçə gündür böyük tıxaclar yaranıb. Onun sözlərinə görə, bu çökəkliklər səbəbindən həmin yollarda sürücülər sürəti azaltmaq məcburiyyətində qalırlar və avtomobillərin hərəkətində ləngimə yaranır.

Əsədov sürücülərə diqqətli və ehtiyatlı olmağı, alternativ yollardan istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, yanvarın sonundan fevralın ortasına qədər Bakıda yağan intensiv qar son 2-3 gündə əriməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti