...

AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant yerlərinə seçkilər keçirəcək

Cəmiyyət Materials 17 Fevral 2012 15:44 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bır sıra ixtisaslar üzrə AMEA həqiqi üzvlərinin (akademiklərin) və müxbir üzvlərinin vakant yerlərinə seçkilər keçirəcək.
AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant yerlərinə seçkilər keçirəcək

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bır sıra ixtisaslar üzrə AMEA həqiqi üzvlərinin (akademiklərin) və müxbir üzvlərinin vakant yerlərinə seçkilər keçirəcək.

Akademiyadan cümə günü Trend-ə verilən məlumata görə, AMEA-nın Nizamnaməsinin 16-cı bəndinə əsasən, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü (akademik) seçilirlər.

Akademiyanın nizamnaməsinin 17-ci bəndinə əsasən, elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən və Azərbaycan vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər.

Nizamnaməsinin 21-ci bəndinə əsasən, AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir. AMEA üzvləri AMEA-ya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fəal çalışmalı, onun nizamnaməsinə ciddi əməl etməlidirlər. AMEA üzvləri elmi nailiyyətlərin tətbiqinə və onlardan elmi-mədəni quruculuqda istifadə olunmasına fəal kömək göstərməli, elmi kadrların hazırlanması sahəsində iş aparmalı, AMEA Rəyasət Heyətinin və müvafiq bölmənin elmi-təşkilati tapşırıqlarını yerinə yetirməli, Akademiyanın və müvafiq bölmənin ümumi yığıncaqlarında iştirak etməlidirlər.

AMEA-nın həqiqi üzvlərinə və müxbir üzvlərinə, elmi idarələrə, ali təhsil müəssisələrinə göstərilən ixtisaslar üzrə AMEA-nın həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər göstərmək hüququ verilir. Namizədlər elmi idarələr, ali məktəblər və elmi-ictimai təşkilatlar tərəfindən göstərildikdə namizədlərin seçilməsi gizli səsvermə yolu ilə aparılır. Namizədlərin irəli sürülməsi üçün adi səs çoxluğu kifayətdir.

AMEA-nın həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər haqqında AMEA Rəyasət Heyətinin təsdiq etdiyi qaydalara uyğun təqdimat bir ay müddətində AMEA-ya yazılı surətdə verilir.

Xəbər lenti

Xəbər lenti