...

Moskvada öldürülən müfti Azərbaycan vətəndaşı olmayıb

Cəmiyyət Materials 11 Aprel 2012 17:29 (UTC +04:00)
Moskvada öldürülən müfti Azərbaycan vətəndaşı olmayıb.
Moskvada öldürülən müfti Azərbaycan vətəndaşı olmayıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Moskvada öldürülən müfti Azərbaycan vətəndaşı olmayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti Rusiya Müftilər Şurası sədrinin məsləhətçisi Əbdül-Vahid Niyazova istinadən məlumat verir.

"Rusiya Müftilər Şurası görkəmli islam ictimai xadimi Mehdin Mehdiyevin öldürüldüyünü təsdiqləyib. Mehdiyev rusiyalıdır. Bir müddət əvvəl KİV-də Mehdinin Azərbaycan vətəndaşı olması barədə səhv məlumat yayılıb. O, Moskvada anadan olub və böyüyüb. O, rusiyalıdır. Onun həyat yoldaşı da moskvalıdır", - Niyazov qeyd edib.

Boyunun kəsici-deşişi yaraları və üz yaraları ilə kişi cəsədi çərşənbə axşamı Moskvada Vtoraya Brestskaya küçəsindəki 43 nömrəli evdə aşkar edilib. Cinayət Məcəlləsinin 105-ci maddəsinin (qətl) birinci hissəsi üzrə cinayət işi qaldırılıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti