...

Azərbaycanın turizm obyektlərində yoxlamalar aparılacaq

Cəmiyyət Materials 12 Aprel 2012 13:14 (UTC +04:00)
Azərbaycanda yay turizm mövsümünün başlaması ilə əlaqədar mayın sonu-iyunun əvvəlində ölkədəki turizm obyektlərində yoxlamalar aparılacaq.
Azərbaycanın turizm obyektlərində yoxlamalar aparılacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yay turizm mövsümünün başlaması ilə əlaqədar mayın sonu-iyunun əvvəlində ölkədəki turizm obyektlərində yoxlamalar aparılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iyunun 15-də yay turizm mövsümünün açılışı planlaşdırılır.

"Həmin vaxtadək Azərbaycanda keyfiyyətsiz xidmət göstərən, lisenziyasız işləyən hotellər, təmizlik, sanitariya şərtlərinə əməl olunmaq kimi şərtlərə riyaət etməyən obyektlərin fəaliyyəti dayandırılacaq", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti