...

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri sürüşmə zonalarının aktivləşməsinin səbəblərini açıqlayıb

Cəmiyyət Materials 16 Aprel 2012 16:49 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri sürüşmə zonalarının aktivləşməsinin səbəblərini açıqlayıb
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri sürüşmə zonalarının aktivləşməsinin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri sürüşmə zonalarının aktivləşməsinin səbəblərini açıqlayıb.

"Bu il qış aylarında hava şəraitinin sərt keçməsi ilə əlaqədar Azərbaycanda yatmış sürüşmə zonaları oyanıb" Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sürüşmə zonalarını iki qismə bölmək olar.

"Bunlar tarixi sürüşmə zonaları və insan fəaliyyətinin aktiv olduğu dövrlərdə yaranan yeni sürüşmə zonalarıdır. Hazırda sürüşmələr ikinci zonalarda, əsasən çayətrafı və dağətəyi bölgələrdə müşahidə olunur" Bağırov əlavə edib.

Nazir bildirib ki, son illər Azərbaycanın bölgələrində mal-qaranın sayının artması da torpaq sürüşmələrinin sayının artmasına təsir göstərir.

"Sovet dövründə 1 hektar sahəyə 2,5 ədəd heyvan düşürdü. İndi Mərkəzi Aran zonasında bu göstərici 47-dir. Nəticədə torpağın ot örtüyü seyrəlir ki, bu da sürüşmələrin aktivləşməsinə səbəb olur" nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti