...

Ekspertlər "Eurovision 2012"-də oxunacaq mahnıları müzakirə ediblər

Cəmiyyət Materials 17 Aprel 2012 13:45 (UTC +04:00)
İsveçin SVT televiziyasında "Eurovision 2012" Mahnı Müsabiqəsinin mahnılarının müzakirəsinə həsr olunacaq 4 şoudan birinin nəticələri elan edilib.
Ekspertlər "Eurovision 2012"-də oxunacaq mahnıları müzakirə ediblər

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir İ.İsabalayeva/

İsveçin SVT televiziyasında "Eurovision 2012" Mahnı Müsabiqəsinin mahnılarının müzakirəsinə həsr olunacaq 4 şoudan birinin nəticələri elan edilib.

Trend çərşənbə axşamı eurovision.az saytına istinadən xəbər verir ki, İsveçin "Eurovision" Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Krister Bjorkmanın aparıcılığı ilə yayımlanan verilişdə birinci yarımfinalın ilk 8 mahnısı müzakirə olunub. 5 nəfərlik münsiflər heyəti mahnıları "0"-dan "5"-dək xallarla qiymətləndirib. İlk şounun nəticələrinə görə, Finlandiya birinci, Rumıniya ikinci, İslandiyanın müsabiqə mahnısı isə üçüncü yerdə qərarlaşıb.

Bu silsilədən növbəti veriliş aprelin 23-də efirdə olacaq.

Xəbər lenti

Xəbər lenti