...

Azərbaycanda bu il əhalinin sayı 0,3 faiz artıb

Cəmiyyət Materials 17 Aprel 2012 16:05 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin sayı 0,3 faiz artıb.
Azərbaycanda bu il əhalinin sayı 0,3 faiz artıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin sayı 0,3 faiz artıb. Dövlət Statistika Komitəsindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, aprelin 1-nə olan statistikaya görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3 faiz artaraq 9 264,2 min nəfərə çatıb.

Məlumata görə, hesabat dövründə əhalinin sıxlığı bir kvadratkilometrə 107 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50, 4 faizini qadınlar təşkil edir.

Əhalinin 22 faizini 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır.

Hazırda hər 1000 nəfər kişiyə 1015 qadın düşür.

Xəbər lenti

Xəbər lenti