...

"Eurovision 2012" ilə əlaqədar Bakıda təntənəli konsert proqramı təşkil edilib (FOTO)

Cəmiyyət Materials 4 May 2012 18:20 (UTC +04:00)
Bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci "Eurovision" mаһnı müsabiqəsi nəinki böyüklərin, о cümlədən uşaqların da xüsusi marağındadır.
"Eurovision 2012" ilə əlaqədar Bakıda təntənəli konsert proqramı təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci "Eurovision" mаhnı müsabiqəsi nəinki böyüklərin, о cümlədən uşaqların da xüsusi marağındadır.

Trend-in məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzi "World Vision International" Təşkilatının dəstəyi ilə bu ilin may ayında ölkəmizdə keçiriləcək "Eurovision 2012" mаһnı müsabiqəsinə ictimai dəstək vermək məqsədilə təntənəli konsert proqramı təşkil edir.

"Metropark" Ticarət və Əyləncə Mərkəzində başlayan konsert proqramından öncə uşaqların, şəhər sakinlərinin, eyni zamanda, rəsmi qonaqların iştirakı ilə musiqi janrında hazırlanmış bir sıra rəsm və əl işlərinin sərgisinə baxılıb.

Daha sonra konsert proqramını giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev təşkil edilən dəstək proqramının mahiyyəti, uşaqların "Eurovision" müsabiqəsindəki rolu, eyni zamanda, uşaqların vətəndaş cəmiyyətinin inkişafındakı yeri barədə məlumat verib. O bildirib ki, bu konsert proqramı bir daha onu göstərir ki, Azərbaycanda uşaqdan böyüyə һәr bir kəs dövlətimizə hər bir işdə dəstək verməyə hazırdır.

Bir neçə rəsmi çıxışdan sonra müxtəlif musiqi məktəbləri və uşaq evlərinin kiçik sakinlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, gənc müğənnilərin ifaları dinlənilib.

Tədbirdə tanınmış teleaparıcı İlkin Həsənli tərəfindən uşaqlar və şəhər sakinləri arasında "Eurovision" müsabiqəsinə həsr olunmuş viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının da dəstəklədiyi bu tədbirə 200-ə yaxın kimsəsiz uşaq da gətirilib.

Xəbər lenti

Xəbər lenti