...

QHT rəhbəri: Bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ədalətsiz mövqe nümayiş etdirir

Cəmiyyət Materials 25 May 2012 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

"Amnesty International" və "Human Right Watch" həmişə olduğu kimi, Azərbaycanla bağlı özlərinin ədalətsiz mövqeyini nümayiş etdirir. Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov Trend-ə bildirib ki, bu təşkilatların Azərbaycanla bağlı hesabatlarında göstərilən məqamlar həqiqəti əks etdirmir.

Bu qurumlar "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə qərar veriləndən sonra davamlı olaraq dövlətimizi, onun daxili həyatını, beynəlxalq imicini təhdid etməyə başlayıblar.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının təmin olunmasında həyata keçirilən tədbirlər, görülən işlər, əldə olunan uğurlar həmin təşkilatların hesabatlarında yer almır.

Adilov hesab edir ki, bu beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış edir, qərəz nümayiş etdirir.

Onun sözlərinə görə, həmin təşkilatlar Ermənistanda baş verən prosesləri, bu ölkənin işğalçı olduğunu bildiyi halda, öz hesabatlarında Ermənistanı bəzi aspektlərdə Cənubi Qafqazın digər ölkələrindən üstün tuturlar.

Adilovun fikrincə, həmin beynəlxalq təşkilatların hazırladıqları həqiqətəuyğun olmayan, qərəzli hesabatlar onların nüfuzunu kölgə altına qoyur.

"Hesab edirəm ki, belə davam edərsə, Azərbaycan xalqının həmin təşkilatlara və onların hesabatlarına heç vaxt inamı qalmayacaq və hər iki quruma etimadsızlıq sərgilənəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti