...

Bu gündən Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarına start verilib

Cəmiyyət Materials 2 İyun 2012 09:00 (UTC +04:00)
Bu gündən Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarına start verilib
Bu gündən Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarına start verilib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarına start verilib.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı şəhərində Azərbaycan və rus bölməsi bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirir. Komissiyadan şənbə günü Trend-ə verilən məlumata görə, XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün Bakıda 53 imtahan mərkəzi ayrılıb.

İmtahan Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqədi rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada aparılılır.

Bu gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin (Nərimanov rayonunda 2249, Səbail rayonunda 1340, Yasamal rayonunda 2408, Nəsimi rayonunda 1982, Nizami rayonunda 2384, Binəqədi rayonunda 3112, Sabunçu rayonunda 2439, Xətai rayonunda 3003, Suraxanı rayonunda 2134, Xəzər rayonunda 1680, Qaradağ rayonunda 1183 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1935 nəfər XI sinif imtahan verəcək.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Xəbər lenti

Xəbər lenti