...

TQDK 8 nəfəri buraxılış imtahanından xaric edib

Cəmiyyət Materials 9 İyun 2012 13:04 (UTC +04:00)
TQDK 8 nəfəri buraxılış imtahanından xaric edib
TQDK 8 nəfəri buraxılış imtahanından xaric edib

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərinin orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarında 8 nəfər imtahandan xaric edilib.

Komissiyanın mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdikləri üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.

Hazırda TQDK tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti