...

Azərbaycanda avtomobillərin icbari sığorta bazarında son vəziyyət necədir?

Cəmiyyət Materials 24 İyun 2012 09:52 (UTC +04:00)
Yanvar-may aylarında Azərbaycanda icbari sığorta növləri üzrə yığımlar il ərzində 1,96 dəfə artaraq 52,97 milyon manat təşkil edib
Azərbaycanda avtomobillərin icbari sığorta bazarında son vəziyyət necədir?

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A.Axundov/

Yanvar-may aylarında Azərbaycanda icbari sığorta növləri üzrə yığımlar il ərzində 1,96 dəfə artaraq 52,97 milyon manat təşkil edib. Yığımların ümumi həcmində icbari sığorta növlərinin payı 31,15 faizdən 36,6 faizədək artıb. Bu növlər üzrə ödənişlər ötən ilin yanvar-may ayları ilə müqayisədə 8,77 faiz artaraq 3,97 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin 2012-ci ilin yanvar-may aylarında sığorta şirkətlərinin fəaliyyəti haqqında hesabatında deyilir.

İcbari Sığorta Bürosuna daxil olan və icbari sığorta növləri ilə məşğul olmağa icazəsi olan şirkətlər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası üzrə yanvar-may aylarında 29 milyon manat yığıblar ki, bu da ötən ilin analoji dövr göstəricisini 15,68 dəfə üstələyir.

Ümumilikdə, bu ilin yanvar-may aylarında icbari növlər üzrə yığımların 54,75 faizi (ötən ilin analoji dövründə 6,87 faiz) və bu dövr ərzində yığılan bütün mükafatların 20 faizi (ötən il 2,14 faiz) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortasının payına düşüb.

Şirkətlər icbari daşınmaz əmlak, daşınmaz əmlakın istifadəsi zamanı icbari mülki məsuliyyət və sərnişinlərin icbari fərdi sığortası üzrə müvafiq olaraq, 3,33 milyon manat (bu növ üzrə ödənişlər 48,88 min manat) 137,6 min manat (ödənişsiz) və 83,49 min manat (ödənişsiz) yığıblar.

Yanvar-may aylarında yeni avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası üzrə 481,68 min manat, 2011-ci ilin oktyabrında qüvvədən düşən köhnə qanunun fəaliyyəti dövründə imzalanan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığorta polisləri üzrə bu ilin yanvar-mayında 350,72 min manat ödənilib.

2012-ci ilin yanvar-may aylarında icbari sığorta növlərinin strukturunda hərbçilərin dövlət fərdi sığortası üzrə mükafatlar 4,47 milyon manat səviyyəsində olub, ödənişlər isə 2,51 milyon manat təşkil edib. Bu dövrdə məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət fərdi sığortası üzrə mükafatlar 1,82 milyon manat (268,21 min manat həcmində ödəniş), auditorların məsuliyyət sığortası üzrə mükafatlar isə 7,1 min manat (ödənişsiz) təşkil edib.

Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi 2012-ci ilin ilk beş ayı ərzində 144,703 milyon manat (il ərzində 67,38 faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 32,945 milyon manat (48,43 faiz artım) olub.

Azərbaycan Maliyyə Nazirliyinin 2012-ci ilin yanvar-may aylarını əhatə edən hesabatında yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyəti göstərilməyib.

Xəbər lenti

Xəbər lenti