...

Almanlar Sumqayıtda yeni peşə təhsili müəssisəsi yaradacaqlar

Cəmiyyət Materials 27 İyun 2012 12:32 (UTC +04:00)
Almanlar Sumqayıt şəhərində yeni pilot peşə təhsili müəssisəsi yaratmağı planlaşdırır.
Almanlar Sumqayıtda yeni peşə təhsili müəssisəsi yaradacaqlar

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Almanlar Sumqayıt şəhərində yeni pilot peşə təhsili müəssisəsi yaratmağı planlaşdırır.

Trend çərşənbə günü Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ölkəmizdə peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib.

Otto Hauzer Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşündə deyib ki, Azərbaycanda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin yaradılması layihəsi Sumqayıtda reallaşdırılacaq.

O, pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olmasının və burada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin region üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub.

Mərdanov isə deyib ki, Sumqayıtda yeni yaradılacaq müəssisə bu şəhərdəki iri sənaye obyektlərinin, texnoparkların ixtisaslı kadrlara olan tələbatının ödənilməsində və onların fəaliyyətinin genişləndirilməsində böyük rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti