...

İradə Vəkilovanın 80 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 10 İyul 2012 15:06 (UTC +04:00)
İyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, publisisti, senaristi, Əməkdar jurnalist, müstəqil respublikanın ilk müstəqil informasiya agentliyinin qurucusu İradə Vəkilovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.
İradə Vəkilovanın 80 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, publisisti, senaristi, Əməkdar jurnalist, müstəqil respublikanın ilk müstəqil informasiya agentliyinin qurucusu İradə Vəkilovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.

Tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, jurnalistlər və yubiliyarın iş yoldaşları, qohumları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova İradə Vəkilovanın Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərindən danışmışdır. Tədbirin əhəmiyyətini qeyd edən Yusifova demişdir ki, İradə Vəkilova bütün mənalı ömrünü Azərbaycan mətbuatının inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir.

Sevil Yusifova vurğulamışdır ki, milli mətbuatımızın tarixində ilk informasiya agentliyinin qurucusu olmuş, bununla mətbuat tarixində öz imzasını çəkmişdir. Assa-İradə informasiya agentliyinə rəhbərlik etdiyi dönəmdə peşəkar kollektiv formalaşdırmış, qurucusu olduğu informasiya agentliyini dövrünün, zamanının aynasına çevrə bilmiş, həmin dövrdə beynəlaxlaq aləmdə Azərbaycanın haqq səsini duyura bilmişdir. "Qarabağ müharibəsinin ilk illərində Şərqdə və Qərbdə fəaliyyət göstərən mətbu orqanlar "AssA-İradə"-yə istinad edirdilər. Çünki informasiya agentliyi artıq bu inamı qaznamışdır. Azərbaycanın milli mənafeyinə xidmət edən informasiyalar yayan agentliyə çevrilən "AssA-İradə" informasiya agentliyinin bir gücü də onda idi ki, İradə Vəkilova komanda ilə işləyirdi. Peşəkar, milli insanlarla birlikdə ölkəsinə xidmət edirdi. Onun ən çox güvəndiyi isanlardan biri də Fazil Abbasov idi". Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan İradə Vəkilova jurnalist qadınlar üçün ən yaxşı örnək olmuşdur.

Ömür yolunun əsas hissəsini kütləvi informasiya vasitələrində quruculuğu işinə həsr etmiş İradə Vəkilovanın şərəfli həyat yolu çağdaş mətbuat tariximizin araşdırmaçıları üçün əsil mənbədir.

Əsl ziyalılar bizim aramızda olmasa da onların ziyası hər zaman ətrafa işıq salır. İradə Vəkilova da işıqlı bir insan, ziyalı bir xanım idi. Onun gördüyü işləri tarix həmişə bizlərə xatırladacaq.
Sonra yubiliyarın keçmış iş yoldaşı "AssA-İardə" informasiya agentliyinin baş direktoru Fazil Güneyli (Abbasov), filologiya elmləri üzrə fəlsəfə doktoru Esmira Fuad, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Day.az" media şirkətinin direktoru Sevda Həmidova, tədqiqatçı alim İsmayıl Umudlu, qohumları adından Aygün Vəkilova, digər qonaqlar İradə Vəkilova haqqında öz xatirələrini və ürək sözlərini söylədilər.

Xəbər lenti

Xəbər lenti