...

Son 6 ayda Azərbaycan sərhədi daha çox İran tərəfindən pozulub

Cəmiyyət Materials 14 İyul 2012 11:13 (UTC +04:00)
Son 6 ayda Azərbaycan sərhədinin daha çox İran tərəfindən pozulması halları baş verib.
Son 6 ayda Azərbaycan sərhədi daha çox İran tərəfindən pozulub

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Son 6 ayda Azərbaycan sərhədinin daha çox İran tərəfindən pozulması halları baş verib.

Bunu şənbə günü jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

O deyib ki, son dövrlərdə İran istiqamətində sərhəd pozulmalarının azalması tendensiyası müşahidə olunur.

"iki gün əvvəl Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən əməliyyat nəticəsində qayıqla dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçən 3 nəfərdən ibarət heyət saxlanılıb. Hazırda zəruri istintaq işləri aparılır",- xidmət rəisi deyib.

O qeyd edib ki, daha əvvəl də dənizdə sərhəd pozuntuları aşkarlanıb. Sərhədçi zabitlərin şücaəti nəticəsində həmin qayıq sərrast atəşlə saxlanılıb, əməliyyat tədbirləri sona çatdırılıb.

Quliyev bildirib ki, digər istiqamətlərdə də sərhəd pozuntularına cəhd halları var. Lakin belə hallar çox deyil.

Xidmət rəisi Azərbaycanın dövlət sərhədinin bütün istiqamətlərinin qorunması üçün zəruri tədbirlərin görüldüyünü də söyləyib.

Xəbər lenti

Xəbər lenti