...

Alimlər metanolun etanol üzərindəki üstünlüyünü sübut edirlər

Cəmiyyət Materials 4 Sentyabr 2012 11:42 (UTC +04:00)
İnsan fəaliyyətinin planetin ekologiyasına böyük ziyan vurduğu texnoloji yeniliklər əsrində bir çox alim digər ənənəvi yanacaq növlərinin yerinə metanolun istifadəsinə keçməyi təklif edir.
Alimlər metanolun etanol üzərindəki üstünlüyünü sübut edirlər

Azərbaycan, 4 sentyabr /Trend/

İnsan fəaliyyətinin planetin ekologiyasına böyük ziyan vurduğu texnoloji yeniliklər əsrində bir çox alim digər ənənəvi yanacaq növlərinin yerinə metanolun istifadəsinə keçməyi təklif edir. Metanol ekoloji cəhətdən təmiz enerji mənbəyi hesab olunur və onun yanacaq kimi istifadəsi atmosferimizin çirklənməsini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin metanolun bundan başqa digər mühüm üstünlükləri də var.

Etanolun dənli bitkilərdən alınması qida məhsullarının və yanacağın qiymətini qaldırır və öz istehsal prosesində əvəz etdiyi neftin enerjisinin yarısından çoxunu tələb edir. Təbii qazdan alınan metanol isə qida məhsullarının qiymətinə təsir etmir, bir gediş mili üçün yanacaq sərfi xərclərini azaldır və istehsal prosesində neftdən istifadəni tələb etmir.

Yanacaq qıtlığının olduğu 70-ci illərdə 85 faiz metanol və 15 faiz benzindən ibarət olan yanacaq qarışığı (M85) 15 000-dən çox minik avtomobilində sınaqdan keçirilib. Bu, mühərriklərin sürətinin və vəziyyətinin yaxşılaşmasına gətirib çıxarıb, eyni zamanda, yanacaq sərfi xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Bundan əlavə, avtomobillərin alışıb yanma halları 90 faiz azalıb.

ABŞ-ın ətraf-mühitin mühafizəsi üzrə EPA agentliyi müəyyən edib ki, əgər Amerikada 200 milyondan çox minik avtomobili və yüngül yük maşını təmiz benzin yerinə Metanol-M85-dən istifadə etsəydi, yanğınların sayındakı azalma ildə 700 insan həyatını xilas edər, 4000 ciddi bədən xəsarətinin və milyonlarla dollar həcmində əmlaka dəyən ziyanın qarşısı alınardı.

Çin artıq bir neçə ildir ki, iri kömür yandıran zavodlarda yanacaq üçün metanol istehsal edir. İsrail bu yaxınlarda özünün offşor təbii qazından yanacaq üçün metanol istehsal etmək planını bəyan edib. ABŞ-da, İndianapolisdə keçirilən sürət yarışlarında yarış avtomobilləri əla sürət və təhlükəsizlik xarakteristikaları səbəbindən son on il ərzində təmiz metanoldan istifadə edir.

Madam ki, M85-nin tətbiqi belə məqsədəuyğundur, bunun bəşəriyyət üçün nə kimi əhəmiyyəti ola bilərdi?

Planetin nəhəng təbii qaz ehtiyatları bütün avtomobilləri təchiz edə biləcək miqdarda Metanol-M85 yanacağı istehsalını təmin edə bilərdi. Bu minvalla təkcə ABŞ-da istehsalın çirklənməsini, yolların kirlənməsini, yanacaq xərclərini ildə 30 milyard dollar, həmçinin neft ixracına olan ehtiyacı sutkada 5 milyon bareldən çox azaltmaq olardı.

Bərpaolunan enerji mənbəyi, okeanın istilik enerjisinin çevrilməsi metanol istehsalının Çində kömürə əsaslanan istehsal prosesinə nisbətən daha az, təbii qaza əsaslanan istehsal prosesinə nisbətən isə, güman ki, daha çox xərc hesabına başa gəlməsini təmin edə bilər. Əgər enerjinin generasiyasına münasibətdə nə vaxtsa karbon qazı tullantılarına vergi qoyulacaqsa, o zaman Con Hopkins tərəfindən patentləşdirilmiş bu proses metanol istehsalı üçün bütün digərlərindən ən ucuz başa gələn proses ola bilər.

Bərpa olunan enerji prosesi təqribən bir ildən sonra Havay sahilləri yaxınlığında açıq dənizdə yerləşən yeni pilot qurğusunda nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti