...

Azərbaycanda yeni telekanallar və radiolar açılacaq

Cəmiyyət Materials 3 Oktyabr 2012 18:24 (UTC +04:00)
Azərbaycanda yeni telekanalların və radiostansiyaların açılması üçün hazırlıq işlərinə başlanılıb. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Azərbaycanda yeni telekanallar və radiolar açılacaq

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni telekanalların və radiostansiyaların açılması üçün hazırlıq işlərinə başlanılıb. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Məhərrəmli bildirib ki, telekanallar yetərli olsa da, yeni telekanallar, eyni zamanda, radiostansiyaların açılması dəstəklənməlidir.

"Yaxın illərdə yeni telekanalların və radiostansiyaların açılmasını görəcəksiniz", - MTRŞ sədri deyib.

Məhərrəmli bildirib ki, regionlarda telekanalların və radiostansiyaların açılmasına ehtiyac var.

"Azərbaycanda həm ümumrespublika, həm regional telekanallar olsa da, radio sahəsində regional yayımçılar yoxdur. Yaxın vaxlarda bununla bağlı müsabiqə elan ediləcək", - Məhərrəmli əlavə edib.

Xəbər lenti

Xəbər lenti