...

UNICEF-in xoşməramlı səfiri Şakira gənc azərbaycanlı qızlarla təhsilin əhəmiyyətini müzakirə edib (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2012 04:50
Bu gün UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşınadək oyunçulardan ibarət futbol liqasının bir qrup yeniyetmə qızları ilə görüşüb.
UNICEF-in xoşməramlı səfiri Şakira gənc azərbaycanlı qızlarla təhsilin əhəmiyyətini müzakirə edib (FOTO)

Trend-i buradan izləyin

Şəkillər əlavə olunub (ilk xəbər 20:40-da yayılıb)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bu gün UNICEF-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşınadək oyunçulardan ibarət futbol liqasının bir qrup yeniyetmə qızları ilə görüşüb.

UNICEF-in Media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dünya şöhrətli müğənni və bəstəkar, "Pies Descalzos" və ALAS fondlarının yaradıcısı, eləcə də təhsilin qlobal səviyyədə təşviqatçısı olan Şakira sağlam yaşam tərzi haqqında məlumatlılığı, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib. O, Bakıya FIFA 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının rəsmi bağlanışında iştirak etmək, sonra isə "Bakı Kristal Zalı"nda solo konsert vermək məqsədil ilə gəlib.

"İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər", - Şakira deyib.

UNICEF və ölkədə futbol sahəsinin tənzimləyici orqanı olan Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) inklüziv idman mühitini və qızların idmanda iştirakını təşviq etmək üçün öz səylərini birləşdiriblər. Bu səylərin bir hissəsi olaraq UNICEF yeniyetmə qızları sağlam yaşam tərzi, yaşam bacarıqları və uşaq hüquqları haqqında biliklər vasitəsilə səlahiyyətləndirir. Milli liqanın qızlardan ibarət oyunçuları nümunəvi qızlar və qızların idmana cəlb edilməsinin təşviqatçıları qismində çıxış edirlər.

Qız oyunçularla söhbət zamanı müzakirə olunan önəmli mövzulardan biri də erkən nikahlar məsələsi olub. Son zamanlar aparılmış tədqiqat zamanı məlum olub ki, erkən nikahlar müşahidə olunmaqda davam edir, çünki bəzi valideynlər hələ də öz qızlarının təhsillərini davam etdirməsini deyil, erkən yaşda nikah qurmasını məqbul hesab edirlər və düşünürlər ki, təhsilə daha çox oğlanların ehtiyacı var. Təhsil yeniyetməlik dövründə hamiləlikdən və uşaq doğumundan qaynaqlanan sağlamlıq üçün riskləri, sosial məhdudiyyətləri və qızlar və onların dünyaya gətirdiyi uşaqlar üçün digər zərərləri şərtləndirən qızlar arasında erkən nikahların qarşısının alınmasına yardım edir.

"Mən heç vaxt bu yaşda ailə qurmaq üçün futbol oynamaq və ya məktəbə getmək hüququmdan imtina etməyəcəyəm", - 14 yaşlı Səmayə Şakira ilə söhbət edərkən deyib.

Şakiranın qızlarla görüşü kolumbiyalı müğənninin xüsusilə ən çox məhrumiyyətlərə məruz qalan uşaq və gənclər üçün təhsilin miqyasının genişləndirilməsini və təkmilləşdirilməsini təmin etmək çağırışı ilə çıxış etməklə qlobal səviyyəli təhsil naminə əhatəli təşviqat təşəbbüsünün bir hissəsi olub.

Foto - UNICEF Azerbaijan/Pirozzi/2012

Məqalədə:
Xəbər lenti

Xəbər lenti