...

"Gənclərin ilkin peşə təcrübəsi" layihəsinə start verilib

Cəmiyyət Materials 19 Oktyabr 2012 16:58 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq keçirilən tədbirdə çıxış edən Komitə sədri Elşad İskəndərov layihəni yüksək qiymətləndirərək Dövlət Komitəsi tərəfindən dəstəkləndiyini ifadə edib.
"Gənclərin ilkin peşə təcrübəsi" layihəsinə start verilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi tərəfindən "Gənclərin ilkin peşə təcrübəsi" layihəsinə start verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq keçirilən tədbirdə çıxış edən Komitə sədri Elşad İskəndərov layihəni yüksək qiymətləndirərək Dövlət Komitəsi tərəfindən dəstəkləndiyini ifadə edib.

İskəndərov qeyd edib ki, yeni yaranmasına baxmayaraq, "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi artıq bir sıra layihələr həyata keçirib.

"Adıçəkilən layihə gənclərimizin gələcək inkişafı, cəmiyyətdə öz mövqeyini tutmaq üçün uğurlu addımdır. İstənilən bir sahədə uğur qazanmaq üçün təcrübə çox əhəmiyyətlidir. Məhz bu səbəbdən qazınılan nəzəri biliklərin təcrübədə tətbiq olunması gələcək fəaliyyət üçün əhəmiyyət kəsb edir. Gənclərin bu layihəyə cəlb edilməsi onlara öz sahəsini daha dərindən mənimsəmək imkanı yaradır", - o deyib.

İskəndərov qeyd edib ki, Dövlət Komitəsi olaraq bu layihənin dəstəklənməsi istiqamətində addımlar atılacaq. Belə ki, layihə çərçivəsində bir neçə gəncin Komitə tərəfindən təcrübə proqramına cəlb edilməsi, xüsusən də beynəlxalq əlaqələr sahəsində təcrübəyə yiyələnməsi nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti